10 il məktəbdə görünməyən müəllimə və 12 saatlıq dərs: Laçında Pəri Nəzərli ilə bağlı narazılıq
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin qardaşı Müqabil Nəzərlinin həyat yoldaşı, Laçın rayon Taxta Körpü tam orta məktəbinin ibtidai sinif müəllimi Pəri Nəzərli ilə bağlı ciddi iddialar səsləndirilir.
Məktəb kollektivi tərəfindən verilən məlumatlara və sosial şəbəkələrdə yayılan şikayətlərə görə, Pəri Nəzərli uzun müddət – təxminən 10 il ərzində məktəbdə faktiki olaraq görünməyib. Hətta həmin dövrdə məktəbdə çalışan bəzi direktorların və şagirdlərin onu tanımadığı iddia olunur.
Maraqlıdır ki, Pəri Nəzərli barəsində sosial şəbəkələrdə ardıcıl şikayətlərin yayılmasından sonra müəllimə nəhayət məktəbdə görünməyə başlayıb. Daha sonra ona 12 saat dərs yükünün verildiyi bildirilir.
Bu qərarın isə məktəb kollektivində ciddi narazılıq yaratdığı deyilir.
Məlumata görə, bir qrup müəllim Laçın Təhsil Sektorunun müdiri Nicat Həsənova və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlova müraciətlər ünvanlayıb. Müraciətlərdə Pəri Nəzərlinin məktəbdə fəaliyyət göstərməsi ilə bağlı narazılıqların ifadə edildiyi bildirilir.
Bundan əlavə, məsələ ilə bağlı Baş Prokurorluğa da şikayətlərin olduğu iddia edilir.
Əgər bu məlumatlar təsdiqini taparsa, ortaya çox ciddi suallar çıxır: 10 il ərzində müəllimin məktəbdə olub-olmamasına kim nəzarət edib? Dərs yükü və əməkhaqqı hansı əsaslarla rəsmiləşdirilib? Təhsil müəssisəsində davamiyyətə və əmək intizamına nəzarət edən şəxslər niyə bu müddət ərzində tədbir görməyiblər?
Ən əsası isə, dövlət məktəbində müəllimlərin işə davamiyyəti və dərs bölgüsü hər hansı şəxsi münasibətlərdən asılı olmamalıdır.
Məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma apararaq ictimaiyyətə aydın və rəsmi cavab verməsi vacibdir.
Qeyd: Yazıda səsləndirilən məlumatlar məktəb kollektivi tərəfindən verilən iddialara və sosial şəbəkələrdə yayılan müraciətlərə əsaslanır. Pəri Nəzərlinin və adı çəkilən digər şəxslərin mövqeyini dərc etməyə hazırıq.
atlıq dərs: Laçında Pəri Nəzərli ilə bağlı narazılıq