By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
YTV.AZ - Yazar TV internet xəbər portalıYTV.AZ - Yazar TV internet xəbər portalıYTV.AZ - Yazar TV internet xəbər portalı
Notification Show More
Font ResizerAa
  • ƏSAS SƏHİFƏ
  • Əlaqə
Reading: Şimali Kiprdə gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı saxlanıldı: Onların ailə üzvləri danışdılar
Share
Font ResizerAa
YTV.AZ - Yazar TV internet xəbər portalıYTV.AZ - Yazar TV internet xəbər portalı
  • ƏSAS SƏHİFƏ
  • Əlaqə
Search
  • ƏSAS SƏHİFƏ
  • Əlaqə
Have an existing account? Sign In
Follow US
Azərbaycan

Şimali Kiprdə gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı saxlanıldı: Onların ailə üzvləri danışdılar

admin
Last updated: 3 Sentyabr 2026 05:26
admin
Published: 3 Sentyabr 2026
Share
SHARE

Oxu.azOxu.az

Live

İlham Əliyev

Goranboyda sursat anbarında partlayış

İran-ABŞ gərginliyi

Nepalda fəlakət

Yaxın Şərqdə münaqişənin kəskinləşməsi

Zəngəzur dəhlizi

Hava proqnozu

Neokolonializmlə mübarizə

 

AZ

 

 

 

Şimali Kiprdə gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı saxlanıldı: Onların ailə üzvləri danışdılar – FOTO

Foto

Dünya

Bu gün / 12:00

4245

Şimali Kiprdə gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı saxlanıldı: Onların ailə üzvləri danışdılar – FOTO

A-

A+

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var.

 

Oxu.Az “Report”a istinadən xəbər verir ki, həmin şəxslər Xaçmaz rayonun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdən olan, hazırda Bakıda yaşayan Rəşad İbrahimov və Şabran rayonundan olan Qədir Quliyevdir.

 

Valeh Hümbətovun anası Yeganə Hümbətova bildirib ki, oğlu ilə sonuncu dəfə hadisədən bir neçə saat sonra danışa bilib:

 

“Bir qızım, bir oğlum var. Oğlum Valeh Hümbətov 28 yaşındadır. Bakıda təhsil alıb. İlk dəfədir ki, Türkiyədə gəmidə işləməyə getmişdi. Bundan əvvəl yük gəmisində 5 ay müddətində matros kimi çalışıb. Bir ay olardı ki, sərnişin gəmisinə keçmişdi. Elə hər iki gəmi eyni şirkətə məxsusdur. Bu ay rayona qayıtmalı idi”.

 

Y.Hümbətova bildirib ki, gəmi qəzası zamanı oğlu nişanlısına batdıqları barədə qısa məlumat verib:

 

“Nişanlısı bizə xəbər verdi. Qəzadan bir neçə saat sonra ona yığdım, dedi ki, camaatı xilas edirlər, quruya çıxanda yığacaq. Bir dəfə çox qısa danışdıq. Ondan sonra bir dəfə nişanlısı ilə danışıb, deyib ki, onları nəzarətə götürürlər. Ondan sonra əlaqəyə keçə bilmirik”.

 

Saxlanılan digər Azərbaycan vətəndaşı Rəşad İbrahimovun (2006-cı il təvəllüdlü) bacısı Türkan Təhməzova bildirib ki, qardaşı 20 gün idi Şimali Kiprə gəmidə işləmək üçün getmişdi.

 

“Bu hadisəyə qədər ancaq telefonda görüntülü danışmışdıq. Qəza günü onu işə düzəldən şirkətdən mənim həyat yoldaşıma zəng gəlib və hadisə ilə bağlı məlumat verilib. Həmin gün mənim bacımın nişanı idi və ona görə həyat yoldaşım hadisə ilə bağlı bizə məlumat verməyib”.

 

T.Təhməzova qeyd edib ki, ilkin olaraq səhvən çoxlu sayda ölünün olması barədə məlumat yayılmışdı:

 

“Yoldaşım elə bilirdi ki, qardaşım da batanlar arasındadır və şirkət ona düzgün məlumat vermir. Sonradan yoldaşım yenə də həmin şirkətlə əlaqə saxlayıb və mənim qardaşımın sağ olması məlumatını təsdiqlədib. Qardaşımın bütün şəxsi əşyaları, o cümlədən mobil telefonu batıb. Sonradan mənim həyat yoldaşım ekipaj üzvü olan digər azərbaycanlının telefonu vasitəsilə Rəşadla danışıb. O, xəstəxanada olduğunu qısa danışıq zamanı bildirib”.

 

T.Təhməzova bildirib ki, qardaşının saxlanıldığını digərləri kimi sosial şəbəkələrdən biliblər və qardaşını qolu qandallı görüblər.

 

“Biz onu işə düzəldən şirkətlə danışdıq və onlar da bildirdilər ki, həbs xəbəri düzgün olsa da, Rəşadlıq bu məsələdə bir işin olmadığını, sadəcə insan ölümünün çox olması ilə bağlı normal prosedur qaydası olduğunu deyiblər. Rəşad vəkillə təmin olunub və biz də onunla əlaqə saxlayıb, son xəbərləri ondan alırıq”.

 

Saxlanılan 3-cü şəxs – Qədir Quliyevin qardaşı Nurət Quliyev bildirib ki, hazırda onunla heç bir əlaqəyə keçə bilmirlər:

 

“Əslən Şabrandanıq və rayonda yaşayırıq. Qardaşımın 22 yaşı var. Ailədə 3 oğlanıq, Qədir ən böyüyümüzdür, subaydır. Aprel ayından eyni gəmidə çalışıb, vəzifəsi matros olub. Qəzadan sonra anama xəbər edib və deyib ki, gəmi batıb, lakin sağdırlar. Bildirib ki, onları izahat vermək üçün aparıblar”.

 

Ailə üzvü bildirib ki, qardaşının olduğu gəmi şirkətindən atası ilə əlaqə saxlayıb, bildirib ki, narahatlığa əsas yoxdur.

 

Məlumat üçün bildirək ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində gəmi qəzaya uğrayıb. Son məlumatlara görə, qəza nəticəsində 240 nəfər xilas edilib, 8 nəfər ölüb və 19 sərnişin üçün axtarış-xilasetmə işləri davam etdirilir.

HİCAb HEÇ BİR ÖLKƏNİN ATRİBUTU DEYİL!
Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib.
598 Oman İranın Hörmüzlə bağlı müştərək rüsum layihəsini rədd etdi
Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?
Memar Elçin Əliyev noyabrın 6-da prezident İlham Əliyevin açılışını etdiyi Cəbrayıl rayonunun Soltanlı kəndinin baş planını tənqid edib
Share This Article
Facebook Email Print
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Follow US

Find US on Social Medias
FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow

Weekly Newsletter

Subscribe to our newsletter to get our newest articles instantly!
[mc4wp_form]
Popular News
Azərbaycan

Azərbaycan ilə NATO arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub

admin
admin
1 Sentyabr 2026
Mikayıl Cabbarov sevimli kadrı haqqında nə düşünür? – Xankəndidə “yanan” Elçin Yusubovun yeni ünvanı hara olacaq?
Cəlilabadda “Brend Store”la bağlı sakinlərin narazılığı: AQTA niyə susur
Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?
Abşeronda yaşıllıqların məhvinə kim cavabdehdir?
- Advertisement -
Ad imageAd image
Global Coronavirus Cases

Confirmed

0

Death

0

More Information:Covid-19 Statistics

Bölmələr

  • İqtisadiyyat
  • Hadisə
  • Dünya
  • İdman
  • Ölkə
  • Cəmiyyət
  • Təhsil
  • Tibb

Haqqımızda

Adı: ELŞƏN CƏFƏROV OKTAY oğlu Məsul redaktor - ƏLƏKBƏROV ZAUR ZAKİR oğlu Domen adının sahibi - ELŞƏN CƏFƏROV OKTAY OĞLU Ünvan: Cəlilabad rayon, Məşədvəlli Kəndi Əlaqə: 0552799878 Mail: info@ytv.az

Abunə Ol

Xəbərlərə abunə olun

[mc4wp_form]

Bölmələr

  • İqtisadiyyat
  • Hadisə
  • Dünya
  • İdman
  • Ölkə
  • Cəmiyyət
  • Təhsil
  • Tibb

Haqqımızda

Adı: ELŞƏN CƏFƏROV OKTAY oğlu Məsul redaktor - ƏLƏKBƏROV ZAUR ZAKİR oğlu Domen adının sahibi - ELŞƏN CƏFƏROV OKTAY OĞLU Ünvan: Cəlilabad rayon, Məşədvəlli Kəndi Əlaqə: 0552799878 Mail: info@ytv.az

Abunə Ol

Xəbərlərə abunə olun

[mc4wp_form]

© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?