By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
YTV.AZ - Yazar TV internet xəbər portalıYTV.AZ - Yazar TV internet xəbər portalıYTV.AZ - Yazar TV internet xəbər portalı
Notification Show More
Font ResizerAa
  • ƏSAS SƏHİFƏ
  • Əlaqə
Reading: Hesablama Palatası 14 yerli icra hakimiyyətinin yol təmiri layihələrində ciddi maliyyə və satınalma pozuntuları aşkarlayıb
Share
Font ResizerAa
YTV.AZ - Yazar TV internet xəbər portalıYTV.AZ - Yazar TV internet xəbər portalı
  • ƏSAS SƏHİFƏ
  • Əlaqə
Search
  • ƏSAS SƏHİFƏ
  • Əlaqə
Have an existing account? Sign In
Follow US
Azərbaycan

Hesablama Palatası 14 yerli icra hakimiyyətinin yol təmiri layihələrində ciddi maliyyə və satınalma pozuntuları aşkarlayıb

admin
Last updated: 28 Oktyabr 2026 13:45
admin
Published: 28 Oktyabr 2026
Share
SHARE

Hesablama Palatası 14 yerli icra hakimiyyətinin yol təmiri layihələrində ciddi maliyyə və satınalma pozuntuları aşkarlayıb.

 

Auditin nəticələrinə görə, layihələrin dəyərinin şişirdilməsi nəticəsində podratçı şirkətlərə ümumilikdə 1 milyon 78,6 min manat artıq ödəniş edilib.

 

Altı icra hakimiyyəti 6 milyon 291,2 min manatlıq satınalma müqaviləsi bağlasa da, işlərin tenderlərdən əvvəl başladığı müəyyən olunub.

 

Bəzi hallarda müqavilə imzalandıqdan cəmi 1-2 gün, ən çoxu 4 gün sonra işlərin başa çatdığına dair aktlar rəsmiləşdirilib.

 

Hesablama Palatası bunun tenderlərin formal xarakter daşıdığını göstərdiyini bildirir:

 

“Bütün bu nöqsanlar dövlət satınalmalarında rəqabətlilik və şəffaflıq prinsiplərinə, eləcə də vəsaitlərdən qənaətlə istifadə tələbinə riayət olunmadığını göstərir”.

 

Audit zamanı yol təmiri üçün tələb olunan bir sıra texniki sənədlərin də hazırlanmadığı müəyyən edilib.

 

Bəzi layihələrdə suyun yollardan kənarlaşdırılması nəzərə alınmayıb. Palata bunun yollarda su və çökəkliklərin yaranmasına, yol örtüyünün ömrünün azalmasına və əlavə təmir xərclərinə səbəb ola biləcəyini qeyd edir.

 

Həmçinin müqavilə öhdəliklərini vaxtında yerinə yetirməyən podratçılara cərimələrin tətbiq olunmadığı aşkarlanıb.

 

2024-2025-ci illərdə dövlət vəsaiti hesabına tikilən və ya əsaslı təmir olunan, ümumi dəyəri təxminən 24 milyon manat olan yol aktivləri isə mühasibat uçotunda göstərilməyib.

 

Audit Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar, Cəlilabad, Mingəçevir, Lənkəran və Şəki icra hakimiyyətlərini əhatə edib.

Cəlilabadda “Brend Store”la bağlı sakinlərin narazılığı: AQTA niyə susur
Memar Elçin Əliyev noyabrın 6-da prezident İlham Əliyevin açılışını etdiyi Cəbrayıl rayonunun Soltanlı kəndinin baş planını tənqid edib
Azərbaycan ilə NATO arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub
Leş ət iddialarından milyonluq obyektlərə: Bərdədə Samir Novruzovun varidatı necə yaranıb?
598 Oman İranın Hörmüzlə bağlı müştərək rüsum layihəsini rədd etdi
Share This Article
Facebook Email Print
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Follow US

Find US on Social Medias
FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow

Weekly Newsletter

Subscribe to our newsletter to get our newest articles instantly!
[mc4wp_form]
Popular News
Azərbaycan

598 Oman İranın Hörmüzlə bağlı müştərək rüsum layihəsini rədd etdi

admin
admin
9 Sentyabr 2026
Jurnalist Elnur Şükürov həbs edilib.
Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
Vilyam Hacıyevin oğlu müsadirə olunmuş avtomobilləri geri aldi
- Advertisement -
Ad imageAd image
Global Coronavirus Cases

Confirmed

0

Death

0

More Information:Covid-19 Statistics

Bölmələr

  • İqtisadiyyat
  • Hadisə
  • Dünya
  • İdman
  • Ölkə
  • Cəmiyyət
  • Təhsil
  • Tibb

Haqqımızda

Adı: ELŞƏN CƏFƏROV OKTAY oğlu Məsul redaktor - ƏLƏKBƏROV ZAUR ZAKİR oğlu Domen adının sahibi - ELŞƏN CƏFƏROV OKTAY OĞLU Ünvan: Cəlilabad rayon, Məşədvəlli Kəndi Əlaqə: 0552799878 Mail: info@ytv.az

Abunə Ol

Xəbərlərə abunə olun

[mc4wp_form]

Bölmələr

  • İqtisadiyyat
  • Hadisə
  • Dünya
  • İdman
  • Ölkə
  • Cəmiyyət
  • Təhsil
  • Tibb

Haqqımızda

Adı: ELŞƏN CƏFƏROV OKTAY oğlu Məsul redaktor - ƏLƏKBƏROV ZAUR ZAKİR oğlu Domen adının sahibi - ELŞƏN CƏFƏROV OKTAY OĞLU Ünvan: Cəlilabad rayon, Məşədvəlli Kəndi Əlaqə: 0552799878 Mail: info@ytv.az

Abunə Ol

Xəbərlərə abunə olun

[mc4wp_form]

© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?